Accessibility links

Meydan TV-nin ofisinə hücum olub [Video]


Meydan TV-nin ofisinə hücum (Foto Meydan TV-nin saytından götürülüb)

Meydan TV-nin ofisinə hücum (Foto Meydan TV-nin saytından götürülüb)

Televiziyanın Berlində ofisinin pəncərəsi sındırılıb, qapılarına ziyan dəyib

Fevralın 23-nə keçən gecə Berlində Meydan TV İnternet resursun ofisinə hücum olub. Naməlum şəxslər televiziyanın ofisinin pəncərəsini kərpiclə sındırıblar, qapılara ziyan vurublar. Bu barədə Meydan TV-nin saytı məlumat yayıb.

Polis baş verənlərlə bağlı araşdırma aparır.

Meydan TV-nin rəhbəri Emin Milli bunun planlaşdırılmış aksiya olduğunu istisna etmir. Qeyd edək ki, bu İnternet resurs Azərbaycan hakimiyyətinin siyasətini kəskin tənqid edir.

XS
SM
MD
LG