Accessibility links

Məzahir Pənahov: MSK-nin öhdəliyi yoxdur, kiminsə gəlirləri barədə məlumatları ortaya qoysun ki, gəlin baxın [Video]


Məzahir Pənahov: MSK-nin öhdəliyi yoxdur, kiminsə gəlirləri barədə məlumatları ortaya qoysun ki, gəlin baxın
please wait

No media source currently available

0:00 0:06:32 0:00
Direct link

MSK sədri bildirib ki, seçkilərin azad, şəffaf, demokratik və sakit şəraitdə keçirilməsi üçün bütün imkanlar yaradılıb

MSK sədri bildirib ki, seçkilərin azad, şəffaf, demokratik və sakit şəraitdə keçirilməsi üçün bütün imkanlar yaradılıb

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında ölkənin prezident seçkilərinə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, seçkilərin azad, şəffaf, demokratik və sakit şəraitdə keçirilməsi üçün bütün imkanlar yaradılıb.

Pənahov ölkədə 5 milyon 145 min seçici olduğunu, onların oktyabrın 9-da 5492 seçki məntəqəsində səs verəcəyini bildirib.

Bunlardan 5273 məntəqə daimidir. Digər 219 seçki məntəqəsi xaricdə Azərbaycan diplomatik missiyalarında, habelə ölkə ərazisində yerləşən hərbi hissələrdə, Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin strukturlarında, neft platformalarında, pansionatlarda, həcc ziyarəti zamanı və s. təşkil olunacaq.

Onun sözlərinə görə, Həcc ziyarəti tarixində ilk dəfə Səudiyyə Ərəbistanında xarici ölkə vətəndaşları üçün seçki məntəqəsi açılacaq. Bu məhz azərbaycanlı zəvvarların prezident seçkilərində iştirakı üçün yaradılan seçki məntəqəsi olacaq. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə də daxil olmaqla təxminən 3500 nəfərədək zəvvar bu məntəqədə səs verəcək.

Seçki məntəqələrinin 20%-də səsvermə prosesinin şəffaflığının təmin edilməsi məqsədilə veb-kameralar quraşdırılıb.

Azərabycanda prezident seçkilərinin monitorinqini 52 minə yaxın yerli və 1400-ə yaxın beynəlxalq müşahidəçi aparacaq.

MSK sədri Məzahir Pənahov Amerikanın Səsinin suallarına cavab verib. Prezidentliyə namizədlərin televiziyanın canlı efirində təhqir, böhtan dolu ifadələr işlətməsinə görə məsuliyyətlə bağlı sualının cavabında Pənahov bildirib ki, MSK həmişə çalışır ki, seçici namizədlərə münasibətinə seçki qutusu başında qərar versin.

“Eyni zamanda, “Seçki Məcəlləsi” tam əsas verir ki, müəyyən namizədlərin namizədliyini ləğv edək. Amma, MSK bunu etməyib. Bu hər tərəf üçün var”.

Onun fikrincə, seçkinin ən ali məqsədi odur ki, namizədlərlə bağlı seçici seçim etsin.

“Əgər hansısa komissiyalar yol tapırsa ki, namizəd seçicinin imtahanına, məhkəməsinə qədər gəlib çıxsın, mən hesab edirəm ki, bununla fəxr etmək lazımdır. Biz yol tapa bilirik. Həmişə çalışırıq ki, o yolu tapaq, namizədin xeyrinə addımlar ataq. Əlbəttə “Seçki Məcəlləsi”nin ümumi tələblərinin pozulmaması şərti ilə. Təbii ki, “Seçki Məcəlləsi”nin tələbləri pozulanda onu nəzərə almalıyıq. O ki, qaldı, bəzən elə təəssürat yaranır ki, namizədlər hansısa bir səhv edirsə, o dəqiqə MSK-nin onun namizədliyini ləğv etmək hüququ var, bu tamamilə səhv yanaşmadır. Bunun üçün MSK-ya ancaq xəbərdarlıq etmək hüququ verilir. MSK xəbərdarlıq etməlidir, sonra bir də xəbərdarlıq etməlidir, sonra sonuncu xəbərdarlıq etməlidir. Ondan sonra davam etsə hansısa radikal addım atmalıdır”, o qeyd edib.

İctimaiyyətdən də MSK-ya fikirlər daxil olur ki, niyə ləğv etmirsiniz?

“MSK cəzavermə orqanı deyil. Biz elə bəhanə tapıb cəza verək. Biz çalışırıq ki, bəhanə tapaq ki, qanunu açıq şəkildə pozmamaq şərti ilə namizədin xeyrinə nə cür addımlar ataq, seçicilər namizədə qiymət versin”, Pənahov bildirib.

Xatırladaq ki, İctimai Televiziyanın canlı efirində namizədlərin 9 debatının hamısında təhqir dolu ifadələr səslənib.

Prezidentliyə namizədlərin gəlir və əmlakının ictimaiyyət üçün açıqlamaması ilə MSK-nin qanunvericiliyi pozması barədə Milli Şuranın prezidentliyə namizədinin dedikləri ilə bağlı

Amerikanın Səsinin sualının cavabında MSK sədri deyib ki, namizədlərin gəlir və əmlakı barədə cəmiyyətdən də son zamanlar sözlər eşidilir.

“Bununla bağlı ya bilərəkdən, ya bilməyərəkdən tamamilə reallığa uyğun olmayan mövqe var. MSK-nin elə bir öhdəliyi yoxdur, düşüb ortaya kiminsə gəlirləri ilə (namizəd olsun fərqi yoxdur) yeri gəldi, gəlmədi kim istəyir məlumatları ortaya qoymalıdır ki, gəlin baxın. Bizim elə məsuliyyətimiz yoxdur, belə vəzifəmiz yoxdur, belə borcumuz yoxdur. O ki, qaldı MSK-ya daxil olan sənədlərlə tanış olmağa, o başqa məsələ, bunların hamısı “Seçki Məcəlləsi” ilə tənzimlənir”, o qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG