Accessibility links

Dollar 4 qəpiyədək ucuzlaşıb


Mərkəzi Bank (Kollaj-dollar-manat)
Mərkəzi Bank (Kollaj-dollar-manat)

Azərbaycan Mərkəzi Bankı fevralın 6-da dolların məzənnəsini 1,9111 manatdan 1,8769 manata endirib. Bu, dolların manata nisbətdə 3.42 qəpik ucuzlaşmasıdır.

2016-cı ilin oktyabrından bəri dolların məzənnəsi ilk dəfədir ki, belə kəskin ucuzlaşır.

Yanvarın 31-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirildi.

AMB-nin məlumatına görə, hərracda manatın orta çəkili məzənnəsi 1.92 səviyyəsində formalaşdı.

Yanvarın 27-də, ondan əvvəlki hərracda ABŞ dollarının məzənnəsi 1.9165 manat müəyyən olunmuşdu.

Manatın dollar qarşısında dəyərdən düşməsi ilə ekspertlər yeni bahalaşma dalğası proqnozlaşdırır. Belə ki Azərbaycan həm idxaldan ciddi asılıdır, həm də yerli istehsal sayılan əksər məhsulların da xammalı xaricdən gətirilir.

XS
SM
MD
LG