Accessibility links

MH17 reysinin istintaqından sonra suallar qalır [Video]


İstintaq hesabatına əsasən, Malayziya Hava yollarına məxsus təyyarəni Rusiyada istehsal olunmuş raket vurub.

Hollandıya rəsmiləri deyir ki, ötən il Rusiyanın dəstəklədiyi üsyançılar və Ukrayna qüvvələri arasında döyüşlərin getdiyi şərqi Ukrayna üzərindən uçan Malayziya Hava yollarına məxsus təyyarəni Rusiyada istehsal olunmuş raket vurub. Nəticədə 17 saylı reysin 298 nəfərdən ibarət sərnişin və ekipaj üzvü həlak olub. Bu barədə çərşənbə günü Hollandiyada yerləşən hərbi hava bazasında təqdim olunan istintaq hesabatında bildirilib.

Mülki aviasiyaya təhlükələr müvafiq surətdə məyyən edilməmişdi. Nə Ukrayna dövləti, nə də operatorlar, digər dövlətlər və ya beynəlxalq təşkilatlar tərəfindən.

Hollandiya Təhlükəsizlik idarə heyətin sədri Malayziya Hava yollarına məxsus 17 nömrəli reysi Rusiyada istehsal olunan raketin vurduğunu elan edəndə Boeing 777-nin qalıqlarından quraşdırılmış maket arxa fonda yerləşdirilib.

“17 nömrəli reys təyyarənin pilot kabinəsinin sol tərəfinə döyüş başlığının atılması nəticəsində qəzaya uğrayıb. Bu döyüş başlığı 9N314M növünə aid olub ki, bu növ BUK raketində quraşdırılır.”

Hesabatın ictimaiyyətə açıqlanmasından öncə qurbanların yaxınlarına təyyarənin yenidən qurulmuş qalıqları göstərilib.

Animasiya videosunda göstərilib ki, istintaqçıların təxmin etdiyi kimi, raket təyyarənin ön tərəfindən pilot kabinəsinə daxil olaraq pilotları yerindəcə öldürüb və təyyarınin bölünməsinə səbəb olub.

Hesabatda bildirilməyən bir şey varsa o da, təyyyarənin kimi vurduğudur.

MH17

MH17

MH17-nin uçduğu ərazidə günlər öncə qızğın döyüşlər gedib. Təhqiqatçıların üzləşdiyi ən böyük müəmma isə hava məkanının o gün MH-17 və onlarla digər kommerisya uçuşlarına nə üçün bağlanmamasıdır.

“Mülki aviasiyaya təhlükələr müvafiq surətdə məyyən edilməmişdi. Nə Ukrayna dövləti, nə də operatorlar, digər dövlətlər və ya beynəlxalq təşkilatlar tərəfindən. Bizim istintaq tərəflərin Ukraynanın şərqində gedən münaqişəyə hərbi perkspektivdən yanaşdıqlarını göstərir. Heç kəs mülki aviasiyaya mümkün təhlükələr barədə düşünməyib.”

Malayziya höküməti bu hadisəni törədənlərin məsuliyyətə cəlb olunmalı olduğunu deyir və onlara qarşı ən sərt təbdirlərin görülməsinə çağırır.

Günahkar hələ müəyyən olunmasa da, hollandiyalı təhqiqatçıların əldə etdikləri istintaq nəticələri MH17-nin vurulması ilə bağlı həqiqətin üzə çıxarılması üçün atılan ilk addımdır.

XS
SM
MD
LG