Accessibility links

Məhbub Əmrahi İran müxalifəti ilə Azərbaycan milli hərəkatı arasındakı münasibətləri şərh edir [Audio]


Məhbub Əmrahi

Məhbub Əmrahi

Amerikanın Səsi ilə müsahibədə yazıçı Məhbub Əmrahi Azərbaycan Milli Hərəkatı ilə İran hökümətinə muxalifətdə olan qüvvələr arasında gərgin münasibətləri şərh edib. Qərbi Azərbaycan vilayətinin Xoy şəhərindən olan, və hazırda Ankara şəhərində təhsil alan yazıçı və siyası fəalın sözlərinə görə bu gərginliklər qrupların siyasi mübarizəyə fərqli hədəflərlə yanaşmasından doğur. İrandakı muxalifəti qruplar və siyası cərəyanlar öz siyası proqramları və ölkənin gələcəyini İrannın hazırkı sərhədləri çərçivəsində görürlər, ancaq azərbaycanlı milli fəalların çoxu mübarizənin hədəflərini bu çərçivənin xaricində axtarırlar.


Bəzi siyası fəallar həm Azərbaycan hərəkatı həm İran mərkəz təşkilatları içərisində mövcud olan ifrat qrupların sağlam dialoq və əlaqələrin yaranmasına mane olduğuna inanırlar. Məhbub Əmrahi hesab edir ki, Azərbaycan hərəkatının fəalları silahsız mübarizəyə inandıqları üçün onları ifrat cinaha aid etmək ədalətdən uzaq olardı. Eyni zamanda o, hesab edir ki, iqtidara iddialı qruplar hazırkı rejimə müxalifətdə dayanan qüvvələrlə ehtiyatla davranmalı və onların maraqlarını nəzərə almalıdır.
İran müxalifəti Azərbaycanın varlığında problem tapır, çünki onlar Azərbaycanın varlığına İranın bölünməsi kimi baxırlar və bu üzdən İran müxalifəti azərbaycanlıların istəklərinə boyun əymir.


Cənab Əmrahi fars dilli media qurumlarının Azərbaycan fəallarını separatçı adlandırmasını, və bu qrupların fəaliyyətləri haqda xəbərləri işıqlandırmamalarını tənqid edir: “Peşəkar jurnalist silahlı və terror fəaliyətləri olmayan siyası cərəyanları baykot etməməlidir. İspaniya, Kanada və Türkiyə kimi ölkələrdə istiqlalçı ya separatçı hərəkatları barədə xəbərlər yayıldığı təqdirdə İranın aparıcı müxalifət orqanları Azərbaycan hərəkatının xəbərlərini baykot edir.”

Yerli və beynəlxalq insan haqları qrupları öz milli-mədəni haqları uğrunda fəaliyyət göstərən Azərbaycan türklərinin İran İslam Respublikası tərəfindən mütəmadi qaydada həbs və işgəncələrə məruz qaldığını bildirir. İranın istər dövlət orqanları, istərsə də farsdilli müxalifət mediası adətən bu növ xəbərləri işıqlandırmır.
XS
SM
MD
LG