Accessibility links

Məhkəmə Bəxtiyar Haciyevə iki il həbs hökmü çıxarıb


Məhkəmə Bəxtiyar Haciyevə iki il həbs hökmü çıxarıb

Məhkəmə Bəxtiyar Haciyevə iki il həbs hökmü çıxarıb

Yerli hüquq müdafiəçiləri hesab edir ki, gənc fəal Facebook sosial şəbəkəsində 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub. Bəxtiyar Hacıyev Harvard Universitetinin magistridir.

Gəncə şəhər Nizami Rayon Məhkəməsi gənc fəal Bəxtiyar Hacıyevə iki il həbs hökmü çıxarıb.

Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə ittiham olunur. Onun barəsində bu ilin yanvarında cinayət işi başlanıb və yaşadığı yeri tərk etməmək haqqında iltizam alınıb. Fevralın əvvəllərində bu iltizam polisin nəzarətinə verilmə ilə əvəzlənib. Martın 4-də cənab Hacıyev bir ay müddətinə həbs edilib. Gənc fəal 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olub və seçki pozuntuları ilə bağlı video materialları sosial şəbəkələr yerləşdirib. O hökumətin siyasətini kəskin tənqidçilərindəndir. Yerli hüquq müdafiəçiləri hesab edir ki, gənc fəal Facebook sosial şəbəkəsində 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub. Bəxtiyar Hacıyev Harvard Universitetinin magistridir.

Xatırladaq ki, dövlət ittihamçısı Aleksey Abbasov məhkəmədən Bəxtiyar Hacıyevə 2 il həbs istəmişdi. Məhkəmə isə dövlət ittihamçısının xahişini olduğu kimi saxlayıb.

Bəxtiyar Hacıyev məhkəməni məzhəkə, hökmü isə siyasi sifariş adlandırıb.

Hüquq müdafiəçiləri isə məhkəmənin hökmünü biabırçılıq kimi qiymətləndirib.

XS
SM
MD
LG