Accessibility links

Şikayət Qaradağ rayon məhkəməsinin Hacıyevin vaxtından əvvəl şərti azadlığa buraxılmasından imtinası ilə əlaqədar verilib.

Bakı Apelyasiya Məhkəməsi mayın 7-də beynəlxalq təşkilatların vicdan məhbusu kimi tanıdığı Bəxtiyar Hacıyevin şikayəti üzrə hazırlıq iclası keçirib. Şikayət Qaradağ rayon məhkəməsinin Hacıyevin vaxtından əvvəl şərti azadlığa buraxılmasından imtinası ilə əlaqədar verilib.
Məhkəmə açıq rejimdə keçirilib. Hakim Mirzəli Abbasov Bəxtiyar Hacıyevin məhkəməyə gəlməkdən imtina haqqında məktubunu oxuyub. İmtina qəbul olunub.
Vəkil Əlaif Həsənov vicdan məhbuslarının saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi Nazim Kəngərlinin məhkəməyə dəvət edilməsi haqqında vəsatət qaldırıb. Lakin məhkəmə bu vəsatətə mayın 21-də məhkəmə təhqiqatı zamanı baxılmasını qərara alıb.
ATƏT-in Bakı ofisinin, ABŞ səfirliyinin nümayəndələri mhkəmə prosesini izləyirdilər.
Bəxtiyar Hacıyev 4 mart 2011-ci ildə CM-in 321.1-ci maddəsi ilə orduda xidmətdən yayınmaq ittihamı ilə həbs edilib. Elə həmin ilin may ayında o, iki il yarım azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Amnesty İnternational və bir sıra digər beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevi vicdan məhbusu kimi qəbul ediblər.
CM-in 76.3-cü maddəsinə əsasən Bəxtiyar Hacıyev cəzanın qalan hissəsinin şərti cəza ilə azad edilməsini xahiş edib. Lakin Qaradağ rayon məhkəməsi bundan imtina edib ki, bu da Apellyasiya Məhkəməsinə şikayətə səbəb olub.

XS
SM
MD
LG