Accessibility links

Məhkəmə fotoreportyor barədə həbs qətimkan tədbiri seçməkdən imtina edib


Mehman Hüseynovu mayın 21-də İctimai Palatanın etiraz aksiyası zamanı polis əməkdaşına qarşı fiziki təzyiq göstərməkdə günahlandırılır.

Səbayel rayon məhkəməsi fotoreportyor Mehman Hüseynov barəsində həbs qətimkan tədbiri seçməkdən imtina edib. Belə hakim Rauf Əhmədov istintaqın 2 ay həbs qəti imkan tədbiri seçilməsi ilə bağlı göndərdiyi təqdimatı qəbul etməyib və həbs

qətimkan tədbiri seçilməsindən imtina edilməsi barədə qərar qəbul edib.

Səbayel rayon Polis İdarəsi Mehman Hüseynovdan başqa yerə getməmək barədə iltizam alıb və onu azad buraxıb. Bununla yanaşı, fotoreportyora qarşı başlanmış cinayət işinin istintaqı davam etdiriləcək.

Səbayel rayon Polis İdarəsi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Mehman Hüseynovu mayın 21-də İctimai Palatanın etiraz aksiyası zamanı polis əməkdaşına qarşı fiziki təzyiq göstərməkdə günahlandırıb və iyunun 12-də təqsirləndirilən şəxs qismində saxlayıb. Hüseynova qarşı dünən Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürmüşdüsə, bu gün həmin maddənin 2-ci hissəsi ilə təqsirli bilinib. Beləliklə, fotoreportyor dünənki ittiham ilə 1 ilədək azadlıqdan məhrum edilə bilərdisə, artıq bu gün irəli sürülən ittihamla beş ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

XS
SM
MD
LG