Accessibility links

Məhkəmə gənc fəal Bəxtiyar Hacıyevin iddiasını rədd edib


Məhkəmə gənc fəal Bəxtiyar Hacıyevin iddiasını rədd edib

Məhkəmə gənc fəal Bəxtiyar Hacıyevin iddiasını rədd edib

Hüquq müdafiə təşkilatları hesab edir ki, 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal Facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs edilib.

Səbael rayon məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin istintaq zamanı fiziki təzyiqlərə məruz qalması barədə Respublika Prokurorluğuna qarşı iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bəxtiyar Hacıyevin qardaşı Vüqar Hacıyev Amerikanın Səsi radiosuna bildirib ki, hazırlıq iclası qapalı keçib və vəkillər iştirak etməyib. “Bəxtiyar Hacıyev öz hüquqlarını müdafiə edib. Məhkəmə iddiasını təmin etməyib”.

Vüqar Hacıyevin sözlərinə görə, qardaşı Bəxtiyar artıq Bakının Qızıldaş qəsəbəsində yerləşən 14 saylı cəzaçəkmə müəssisində cəzasını çəkmək barədə qərar verilib.

Bəxtiyar Hacıyev bu ilin martında həbs edilib. Gəncə şəhər Nizami rayon Məhkəməsi cənab Hacıyevi Cinayət Məcəlləsinin hərbi xidmətə çağırışdan yayınmada təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum edib. Hüquq müdafiə təşkilatları hesab edirlər ki, 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal Facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.

XS
SM
MD
LG