Accessibility links

Məhkəmə müxalifət fəallarını 3 ilədək həbsə məhkum edib

Məhkəmə müxalifət fəallarını 3 ilədək həbsə məhkum edib

Məhkəmə müxalifət fəallarını 3 ilədək həbsə məhkum edib

Müxalifət fəalları Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham edilir.

Bu gün Səbael rayon məhkəməsi İctimai Palatanın 2 aprel mitinqindən sonra həbs edilən müxalifət fəallarının 6 nəfərini bir il yarımdan üç ilədək həbsə məhkum edib.

Məhkəmənin hokum ilə AXCP üzvləri Arif Alışlı 3 il, Zülfüqar Eyvazlı 1 il 6 ay, Sahib Kərimov 2 il, Babək Həsənov 1 il 6 ay, Müsavat Partiyasının üzvü Elşən Həsənov 2 il, bitərəf Elnur İsrafilov 2 il 6 ay azadlıqdan məhrum edilib.
Məhkəməni izləyənlər Azərbaycan himnini oxumaqla məhkəmə hökmünə etiraz edib.

Məhkumlar və vəkillər hökmü siyasi sifariş adlandırıb.

AXCP sədri Əli Kərimli Əli Kərimli məhkəmənin hökmünü qınayıb. “Növbəti dəfə sübut olundu ki, məhkəmələr icra strukturunun cəza aparatına çevrilib. İcra hakimiyyətinin sifarişlərini yerinə yetirir”, - deyə o qeyd edib.

Xatırladaq ki, İctimai Palatanın 2 aprel aksiyasından sonra 14 nəfər fəal ittiham olunur. Onlardan 13-ü həbs edilib, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə polis nəzarətindədir

XS
SM
MD
LG