Accessibility links

Məhkəmə müxalifət fəallarını həbsdə saxlayıb


Məhkəmə müxalifət fəallarını həbsdə saxlayıb
Məhkəmə müxalifət fəallarını həbsdə saxlayıb

İctimai Palatanın aprelin 2-də keçirdiyi aksiya ilə bağlı 12 nəfər müxalifət fəalı həbs edilib.

Bakı şəhəri Səbail rayon Məhkəməsi Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli və bitərəf Elnur İsrafilovun vəsatətlərini təmin etməkdən imtina edib. Vəkil Yalçın İmanov Amerikanın Səsi radiosuna bildirib ki, müdafiə tərəfi məhkəməyə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verib.
Hər iki gənc İctimai Palatanın aprelin 2-də keçirdiyi etiraz aksiyasında iştiraka görə həbs olunub. Əhəd Məmmədli Cinayət Məcəlləsinin ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu hərəkətlərdə iştirak etmə və hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə maddələri, Elnur İsrafilov isə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu hərəkətlərdə iştirak etmə maddəsi ilə ittiham olunur. E.İsrafilov əlildir və himayəsində iki azyaşlı uşağı var

Bu gün Səbail Məhkəməsi həmçinin Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının həbs müddətini daha 2 ay uzadıb.

Vəkil Əsabəli Mustafayev həbs müddətinin uzadılması qanunun pozulması kimi qiymətləndirib. “Arif Hacılının həbsdə saxlanılması üçün heç bir hüquqi əsas yoxdur”.
Cənab Hacılı da Cinayət Məcəlləsinin ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu hərəkətlərdə iştirak etmə maddəsi ilə ittiham olunur. Eyni ittihamla Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı, AXCP sədr müavini Fuad Qəhrəmanlı, AXCP üzvü Məhəmməd Məcidli də həbs olunub. Lakin sonradan Qəhrəmanlı barəsində həbs qətimkan tədbiri dəyişdirilib və o, polis nəzarətinə götürülüb.

Hazırda İctimai Palatanın aprelin 2-də keçirdiyi aksiya ilə bağlı 12 nəfər fəal həbsdədir.

XS
SM
MD
LG