Accessibility links

Elçin Namazov həbs edilmiş gənc müxalifətçi fəalların vəkili olub.

Bakının Nəsimi rayon məhkəməsində vəkil Elçin Namazova qarşı cinayət işi üzrə məhkəmə iclası olub. Hakim Emin Mehdiyev özü-özünə etiraz edib və onun etirazı məhkəmə sədri tərəfindən qəbul edilib. Beləliklə, məhkəmə prosesi qeyri-müəyyən müddətə təxirə salınıb. Bu barədə cənab Namazovun özü Amerikanın Səsi radiosuna bildirib.
Vəkil Cinayət Məcəlləsinin məhkəməyə hörmətsizlik etmə maddəsi ilə ittiham olunur. Cinayət işinin istintaqını Ədliyyə nazirliyinin İstintaq idarəsi aparıb və martın sonlarında məhkəməyə göndərilib.
Elçin Namazov gənc fəal Bəxtiyar Hacıyev və İctimai Palatanın 2 aprel mitinqi zamanı həbs edilmiş Rüfət Hacıbəylinin vəkili olub. O, 2 apreli mitinqi zamanı həbs edilən müxalifətçilərin 2011-ci ilin avqustunda keçirilən məhkəmə prosesində etik qaydaları pozma rəyi ilə sentyabrın 16-da Vəkillər Kollegiyasından çıxarılıb. Kollegiya Namazovu Nəsimi rayon məhkəməsinin hakimi Şahin Abdullayev onun cəzalandırılması ilə bağlı qəbul etdiyi qərara əsaslanaraq vəkillikdən uzaqlaşdırıb. Nəsimi rayon məhkəməsinin qərarı ilə həmçinin vəkilə qarşı cinayət işi qaldırılıb.

XS
SM
MD
LG