Accessibility links

Məhəmməd Talıblı: Qiymət artımının daha çox sosial mesajları var


Məhəmməd Talıblı: Qiymət artımının daha çox sosial mesajları var

Məhəmməd Talıblı: Qiymət artımının daha çox sosial mesajları var

Tarif Şurası metroda gedişın, soba mazutunun, istilik sisteminin, isti suyun, məişət tullantılarının tariflərini artırıb.

Milli Büdcə Qrupunun İdarə Heyətinin üzvü Məhəmməd Talıblı Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, Tarif Şurasının mal və xidmətlərin qiymət artımı ilə bağlı qərarı bir neçə mal və xidmətləri əhatə edəcək. “Bakı metropolitenində gediş haqlarının qiymətləri 15 qəpikdən 20 qəpiyədək artırılıb. ARDNŞ-nin müraciətindən sonra soba mazutlarının topdan satış qiyməti 1 ton üçün 100 manatdan 140 manata, yəni 40% artıb. Bu qərar isə dekabr ayının 7-dən qüvvəyə minəcək. Sonra isə Bakı şəhər İcra Hakimiyyətinin müraciəti ilə Tarif Şurası əhali üçün məişət tullantılarının yığımı və daşınması tariflərini artırıb. Bu qərar dekabrın 1-dən tarif əhaliyə adambaşına 0,30 manata başa gələcək. Beləliklə, tarif 2,1 dəfə bahalanıb. Hazırda əhali bunun üçün cəmi 0,14 manat ödəyirdi. İsitmə xidmətləri tarifləri 1 kvadratmetr üçün yaşayış sahəsinə görə, əhali üçün 15 qəpik, qeyri-əhali qrupları üçün 25 qəpiyə qaldırılıb. İsti su tarifləri əhali qrupu üzrə 1 kub metr üçün 40 qəpik və qeyri-əhali qrupu üzrə 1 kubmetr üçün 1,5 manat müəyyən edilib. Bərk məişət tullantılarının yığılması və daşınması xidmətlərinin tarifləri əhali qrupu üzrə 1 nəfər üçün ayda 30 qəpik, digər qruplar üzrə 1 kub metr üçün 10 manat, tullantıların zərərsizləşdirilməsi tarifləri isə 1 kubmetr üçün 1.2 manat təsdiq edilib”.

Ekspert deyib ki, bu tədbir Bakı metropoliteninin perspektiv inkişaf planı və sərnişindaşıma xərclərinin artması ilə əlaqədar həyata keçirilir. “Qərar təbii qazın elektrik stansiyalarında soba mazutu əvəzinə «ekoloji səmərəlilliyi» ilə əsaslandırılıb. Tarif artımı ARDNŞ daxilində buraxılış qiymətinin 6718 manatdan 97 manat 73 qəpiyə artırılması və aksizlər hesabına edilib”.

O hesab edir ki, qiymət artımının daha çox sosial mesajları var. “Hökumət metropolitendən qiyməti 5 qəpik artırmaqla metropolitendən istifadə edən 5 milyona yaxın insanın nəbzini yoxlamaq istəyir. Çünki metroda qiymət artımı hər bir ailə üçün orta hesabla ayda 12 manatının itirilməsi deməkdir. Əgər, 2012-ci ildə büdcəsində əhalinin yaşayış minimumu 108 manat götürülüb. Nəzərə alsaq ki, ölkədə aztəminatlı ailələr çoxdur. Xüsusilə sosial sahədə çalışanların aylıq əmək haqları orta əmək haqqından aşağıdır. Deməli, büdcədə nəzərdə tutulan artımları həm qiymət artımı, həm də inflyasiya yeyəcək. 2012-ci ildə büdcədə inflyasiya 6 faiz proqnozlaşdırılır, reallıqda isə bundan daha çox olur. Eyni zamanda, qiymətlərin artımı digər mal və xidmətlərin qiymətlərinin bahalaşmasına da təkan verəcək”.

Cənab Talıblı qiymətlərin yeni artımının qaçılmazlığını da diqqətə çatdırıb. “2007-ci il yanvarın 1-ə qədər ölkədə başqa bir sosial-iqtisadi vəziyyət hökm sürürdü. Tarif Şurasının həmin zaman qiymət artımı barədə qərarlarından sonra ölkədə tamam fərqli bir vəziyyət start götürməyə başladı. İndi də hesab edirəm ki, təkcə bu mal və xidmətlərin qiymət artımları ilə hər şey yekunlaşmayacaq. Bu digər mal və xidmətlərin qiymət qalxmasında baza rolun oynayacaq. İndiki qiymət artımı növbəti bahalaşma dalğası üçün anonsdur”.

XS
SM
MD
LG