Accessibility links

Məhəmməd Xatəmi: İman yalnız azadlıq bostanında cücərə bilən güldür

Məhəmməd Xatəmi: İman yalnız azadlıq bostanında cücərə bilən güldür

Məhəmməd Xatəmi: İman yalnız azadlıq bostanında cücərə bilən güldür

Mayın 3-də İranda Müəllim Günü qeyd olunur. Bu münasibətlə müəllimlər qarşısında çıxış edən islahat tərəfdarı, keçmiş prezident Məhəmməd Xatəmi ölkədəki durumdan və ərəb ölkələrindəki xalq qiyamlarından danışıb.

“Media forum” saytının məlumatına görə, Məhəmməd Xatəmi əqidəsinə görə tutulub həbsə salınan müəllimlərin azadlığa buraxılmasını tələb edib: “Kaş elə bir günahı olmadan tutulub zindanlarda saxlanan müəllimlər bu gün azad olub öz ailələrinə qovuşa, cəmiyyətə qayıda biləydilər.
İman yalnız azadlıq bostanında cücərə bilən güldür. Elə buna görə də imanı zor gücü ilə başqalarına qəbul etdirmək mümkün deyil. Yalnız azad bir atmosferdə insan sərbəst şəkildə öz ağlından faydalanaraq nəyəsə iman gətirə bilər. Təəssübkeşlikdən yaranmış imanın heç bir dəyəri yoxdur.
Bu gün tələbimiz odur ki, hakimiyyət xalqın qarşısında cavabdeh olsun və xalqın nəyisə və ya kimisə tənqid etmək, yaxud ona etiraz bildirmək hüququ tanınsın. Qüdrət və hakimiyyət müqəddəs bir şey kimi qələmə verilməməli, hər kəsin onu sorğu-suala tutmaq və ona etiraz bildirmək imkanı olmalıdır.
Bu gün Orta Şərqdə və ümumiliklə ərəb dünyasında, o sıradan da Suriya, Misir, Əlcəzair və Yəməndə azadlıq uğrunda və diktatorluğa qarşı başlanan, gələcəkdə isə digər yerlərdə başlanacaq mübarək xalq qiyamlarının və etirazların yeganə mahiyyəti ondan ibarətdir ki, bu ölkələrə hakim edilən fövqəladə vəziyyət aradan qaldırılmalı, azad seçkilər keçirilməlidir”.

XS
SM
MD
LG