Accessibility links

Oskar mükafatı laureatı, aktyor Corc Kluni bu gün Vaşinqton şəhərindəki Sudan səfirliyi qarşısında keçirilən etiraz aksiyası zamanı həbs edilib. Corc Kluninin səfirlik qarşısında digər fəallarla birlikdə itaətsizlik üzündən həbs edildiyi deyilir. Həbs edilənlər arasında Konqresin bir nüçə üzvünün və Martin Lüter Kinqin nəvəsinin də olduğu bildirilir.

Aktyor Kluni bu həftə Konqres qarşısında Sudan prezidenti Ömər Əl-Bəşirin ölkədə davamlı zorakılıqları barədə ifadə verib. Sudandan bu yaxınlarda qayıdan cənab Kluni uzun illərdir bu ölkədə sülhün bərpası yolunda mübarizə aparan fəallardandır.



XS
SM
MD
LG