Accessibility links

Məşhur dizayner Con Qalliano məhkəmə qarşısına çıxıb


Məşhur dizayner Con Qalliano məhkəmə qarşısına çıxıb

Məşhur dizayner Con Qalliano məhkəmə qarşısına çıxıb

Özünün dizaynlarını Dior moda evində müvəffəqiyyətlə nümayiş etdirən Con Qalliano anti-semitizm ittihamı ilə məhkəmə qarşısına çıxıb. Qalliano fevral ayında Paris şəhərindəki kafedə anti-semit ifadələrdən istifadə etmişdi. Əgər o, günahkar bilinərsə 6 ay həbs cəzasına məkum edilə bilər.

Britaniyali dizayner kafedə insanları təhqir etməsindən, Gitleri sevdiyini və bir qadına valideynlərinin qaz kamerasında öldürüldüyünü deməsindən sonra Dior şirkətindən çıxarılmışdır. Fransa xəbər agentliklərinin bildirdiyinə görə, Qalliano bu gün məhkəmədə deyib ki, onun alkoqolizm problemi var və o, narkotik maddələrdən istifadə edir.

XS
SM
MD
LG