Accessibility links

Karl Faberjenin əl işləri Virciniya ştatında nümayiş etdirilir


Karl Faberjenin əl işləri Virciniya ştatında nümayiş etdirilir

Karl Faberjenin əl işləri Virciniya ştatında nümayiş etdirilir

“Faberjenin Kəşfi” adı sərgidə imperator ailəsinə məxsus 7 Pasxa yumurtası da daxil edilməklə, 500-dən çox məşhur zərgərlik işləri nümayiş etdirilir

Dünyanın ən məşhur zərgəri Karl Faberjenin misilsiz əl işləri ABŞ-ın Virciniya ştatının Riçmond şəhərinin İncəsənət muzeyində nümayiş etdirilir. Muzeyə gələnlər təkcə məşhur sənətkar Karl Faberjenin qiymətli metal və daşlardan düzəlmiş əl işlərini seyr etməyə deyil, həm də 1918-ci ildə ailəsi ilə birlikdə bolşeviklər tərəfindən qətlə yetirilmiş Rusiyanın son çarı II Nikolay barədə məlumat almaq istəyir.

Geza Von Habsburq “Faberjenin Kəşfi” adı sərginin kuratorudur. “Bu əşyalar Faberjenin imperator ailəsinə çox yaxın olduğunu nümayiş etdirir və onların şəxsi istifadələri üçün hazırladığı əşyalar satılıb və satılır.” - deyə o, bildirir.

Muzeydə imperator ailəsinə məxsus 7 Pasxa yumurtası da daxil edilməklə, 500-dən çox məşhur zərgərlik işləri nümayiş etdirilir. Muzeyin dikertoru Aleks Nyerges deyir ki, cəmi 50 Pasxa yumurtası düzəldilib ki, onlardan 40 ya 42-si mövcuddur. O, burada onlardan 7-sinin nümayiş etdirildiyini deyir.

Aleks Nyerges: “Buradakı yumurtalar möcüzədir və möcüzəlik təkcə onların gözəlliyində deyil, onlar mexaniki dürüstlüyü ilə də qiymətsizdirlər.”

Hər yumurtanın qapağı açılır və hər birinin içərisində möcüzə var. Hər bir yumurtanın qiyməti 25-30 milyon dollardır.

Pasxa yumurtalarını hədiyyə olaraq ilk dəfə 1885-ci illdə III Aleksandr öz həyat yoldaşı üçün sifariş vermişdi və bu ənənəni onun oğlu II Nikolay davam etdirirdi.

Buradakı yumurtalar gümüş, qızıl və mavi emaldan hazırlanıb. İçərisində çarın oğlunun fil sümüyü üzərindəki şəkli platin və brilyantlarla bəzədilib. Pelikan adlanan yumurtanın işərisində səkkiz miniatür rəsm əsəri yer alır. Bu sərgidə İmperatora məxsus Faberje Pasxal yumurtalarının çox az hissəsi nümayiş etdirilir.

Karyerası dövründə Faberjenin 500 işçisi olub və onlar tərəfindən 150 min nadir əşya hazırlanıb. Onların hamısı çar ailəsinə məxsus olmayıb.

Faberje gümüşlə də işləyirdi. Rusiyanın kral tacı da onun tərəfindən dizayn edilmişdi.

Geza Von Habsgurg: “Zərgərlik əşyalarının çoxu bolşeviklər tərəfindən məhv edildi. Gümüşdən hazırlanmış əşyaların 95 faizini bolşeviklər əritdilər, inqilabdan sonra onlara pul lazım idi.”

Məhv etmədiklərini isə bolşeviklər kolleksiyonerlərə satırdılar.

Alex Nyerges: “1920- 30-cu illərdə bu işlər Rusiyadan çıxarılırdı və yalnız 1930-cu illərdə Faberje işlərinin kolleksiyası vüsət almıçşdıdı. Yalnız bir neçə məşhur Faberje kolleksioneri olub.”

Xanım Lillian Pratt onlardan biri olub. 1947-ci ildə vəfat edən xanım Pratt ona məxsus 150 Faberje işini Virciniya muzeyinə vəsiyət edib. Virciniyadakı bu muzey Rusiyadan xaricində Faberjenin işlərinin ən çox olduğu muzeydir.

İnqilab zamanı Rusiyadan qaçan Karl Faberje iki ildən sonra İsveçrədə vəfat etmişdi.

XS
SM
MD
LG