Accessibility links

Məşhurlar: Ancelina Coli nişanlısına vertolyot bağışlayıb

  • Amerikanın səsi

Ancelina Coli nişanlısı Bred Pitə sadəcə hədiyyə almayıb. O, sevgilisinə vertolyot alıb. Ancelinanın vertolyot və təlimə bir milyon yarım dollar ödəməsini öyrəndikdə inanmadıq.

Bredin motosiklet sürə bildiyini bilirik, amma vertolyot?

Onların Fransanın cənubundakı evlərinin həyətində vertolyot meydanı inşa olunduğunu öyrəndikdə iki məlumatı bir araya gətirdik və deyilənlərin həqiqət olduğuna inanmağa başladıq.

Söhbət gəzir ki, Bred artıq özünün pilot lisenziyasını alıb. Amma bu o demək deyil ki, Bred vertolyot idarə edə bilər. Yəqin ona görə Ancelina Bredin təlim alması üçün tədbir görüb.

Məlumata görə Ancelina Fransanın Kann şəhərindəki evlərinə gedib gəlmək üçün vertolyotdan istifadənin rahat olduğunu düşünür. Əslində bu həqiqətən də əla ideyadır. Amma görəsən vertolyotda onların bütün uşaqlarına yer olacaqmı?

XS
SM
MD
LG