Accessibility links

Ashton Kutcher CBS televiziya kanalında yayımlanan `Two and Half Men` serialında Charlie Sheen-i əvəz edir. TMZ.com- a istinadən Ashton Kutcher-in maaşı Charlie Sheen-in maaşının yarısı qədərdir. Kutçerin serialdakı yeni rolu ona hər epizoda görə 625000 dollar qazanc gətirəcək. Lakin Charlie Sheen-in məşhur rolu ona hər şouya 2 milyon dollar gətirirdi. CBS çoxdan idi ki, Charlie Sheen-in oynadığı rola adam axtarırdı. İlkin olaraq Hugh Grant-ın bu rola çəkiləcəyi ehtimal edilirdi, amma sonradan o, fikrini dəyişib, və yer Ashton Kutcher -ə qismət olub. Ashton Kutcher baş rolunu qazandığı şou yüksək reytinqə malikdir. 33 yaşlı aktyor yeni rolu haqda Twitter-də məlumat verib.

XS
SM
MD
LG