Accessibility links

Bred Pitlə Ancelina Coli də deyəsən bu günlərdə evlənməyə qərar verib.

Artıq bir neçə ildir ki, onların evləncəkləri barədə söz-söhbət gəzir. Amma bu dəfə Hollivud ulduzlarının evlənəcəklərinə dəlil var. Deyilənə görə, cütlük Fransadakı malikanələrində böyük toy ziyafəti keçirəcək. Qonaqların siyahısına Bredin valideyinləri, Ancelina Colinin şəxsi zərgəri və onların yaxın dostu Corc Kluni də daxildir.

Bu dəfə toyun həqiqətən də keçiriləcəyi inandırıcı görünür. Çünki artıq uzun müddət idi ki, onların Fransadakı şəxsi malikanələrində toy edəcəkləri deyilirdi.

Əlbəttə, bu böyük mərasim Bredin valideyinləri Ceynlə Bilin evliliklərinin 50-ci il dönümü üçün də təşkil edilə bilər. Amma belə düşünmək o qədərdə maraqlı olmazdı. Ona görə də düşünmək istərdik ki, bu mərasim məhz toy mərasimi olacaq.
XS
SM
MD
LG