Accessibility links

Məşhurlar: Cenifer Lopezlə Bredli Kuperi bərabər görüblər (video)


Məşhurlar: Cenifer Lopezlə Bredli Kuperi bərabər görüblər (video)
Məşhurlar: Cenifer Lopezlə Bredli Kuperi bərabər görüblər (video)

Cenifer Lopezlə “The Hangover” filminin ulduzu Bredli Kuperi şənbə gününün axşamı Manhettonda romantic şam yeməyi yeyərkən görüblər. TMZ-yə istinadən cütlər Kolumbus dairəsində yerləşən Per Se adlı bahalı restoranda iki saat vaxt keçiriblər. Ulduzların hər ikisi bu yaxınlarda ayrılıblar. Lopez yeddi il ömür sürdüyü həyat yoldaşı və Maksla Eminin atası Mark Antoniden ayrılıb. Bu arada Kuper iki il bir yerdə olduğu aktrisa Reni Zelveqerlə mart ayında ayrılıb.

Antoni Lopezin üçüncü əri idi. 42 yaşlı müğənni bundan əvvəl öz karyerasında irəliləməsində mühüm rolu oynamış tanınmış musiqi moqulu Şan “Pi Didi” ilə bir müddət görüşüb.

Görəsən bu iki ulduzun arasında nə isə baş verməkdədir?

Onlara yaxın birinin People Jurnalına bildirdiyinə görə iki ulduz sadəcə işgüzar görüş keçirirmiş. Ona görə ki, ulduzların hər ikisinin üzərisində işləməli bir çox yeni layihələr var, və çətin ki, belə işgüzar adamların romantic görüşə vaxtları qalsın.

XS
SM
MD
LG