Accessibility links

Cerri Şahzadə Viliyamla Keyt Midltonu tənqid edərək deyib ki, onlar əlahiddə insanlar deyil

Deyəsən, Kral toy mərasimində iştirak etmək istəməyən bir nəfər tapmışıq.

Amerikalı komik Cerri Sainfeld Britaniya televiziyasının Daybreak proqramında müsahibə zamanı kral ailəsini tənqid edərək, toy mərasimini sirkə döndərməkdə ittiham edib.

Cerri deyib ki, bu toy mərasimi İngiltərədə klassik `geyinib keçinmək` oyunudur. O deyir ki, kral ailəsinin gördüyü iş də elə oyundur.

Məşhurlar: Cerri Sainfeld (video)

Məşhurlar: Cerri Sainfeld (video)

Bütün dünya Şahzadə Vilyamla Keyt Midltonun aprelin 29-da toy mərasimini səbirsizlik gözləsə də, bu, Cerriyə aid deyil. Üstəlik Cerri evlənənləri tənqid edərək deyib ki, onlar əlahiddə insanlar deyil. Kral ailəsinə komplimentə gəldikdə Cerri istehza ilə onların dırnaqarası “fantastik “ adamlar olduğunu deyib və əlavə edib ki, Amerikada bu cür ailənin olmadığına təəssüf edir.

XS
SM
MD
LG