Accessibility links

Məşhurlar: Con Travolta Qotti rolunda (video)


Məşhurlar: Con Travolta Qotti rolunda (video)
Məşhurlar: Con Travolta Qotti rolunda (video)

Travolta ailəsi Qotti ailəsini bütövlüklə təcəssüm etdirəcək

Con Travolta və Keli Preston pərəstişkarları tərəfindən əhatəyə alınmağa vərdiş ediblər. Lakin indi cütlük yeni filmdə oynadıqları Con və Viktoria Qotti cütlüyü rolunda mafia ailəsi qismində diqqət mərkəzində olacaqlar. Mafiya qanununa əsasın bütün sirləri ailə içində saxlamaq üçün aktyorların 11 yaşlı qızları Ella Bleu da filmdə onların qızı Ancela Qotti rolunu oynayacaq.

Nə demək olar. Travolta ailəsi Qotti ailəsini bütövlüklə təcəssüm etdirəcək.

Travolta kriminal ailənin bir zamanlar patriarxı olan obrazı yaradacaq. Preston isə bu yaxınlarda Viktoriya rolunu ifa etmək təklifi alıb, və People jurnalına istinadən prodüser Prestonun Viktoriya roluna tam uyğun gəldiyini bildirib.

Dramatik və ixtilaflı hekayə ilə Travoltanın ailəsinin başına gələnlər arasında bənzər hal var. Travolta oğlu Ceti qəflətən itirib, və gerçək həyatda Qotti ailəsi də faciəvi şəkildə oğullarını itirib. Ehtimal edirik ki, bu oxşarlıq filmin maraqlı alınmasına səbəb olacaq.

`Summer Nights`

Məşhur `The God Father` filminin əslində Qambino kriminal ailəsinə həsr olunduğu deyilir. Ailənin sonuncu başçısı Con Qotti olur. Bu ailə haqda daha ətraflı məlumatı burada oxuyun.

XS
SM
MD
LG