Accessibility links

Məşhurlar: Deyvid Bekham (video)


Məşhurlar: Deyvid Bekham (video)
Məşhurlar: Deyvid Bekham (video)

Bu maraqlı videoya fikir verin, Deyvid Bekham bir zamanlar oynadığı Manchester United komandası ilə matçda meydana daxil olan oğlanın qarşısını alır. Bekham küncdən zərbəni yerinə yetirən anda onun gənc azarkeşi meydana daxil olur. Təhlükəsizlik xidmətinin işçiləri oğlanı tutmağa cəhd etdiyi zaman Deyvid vəziyyətə nəzarəti öz əlinə almağa qərar verir. Bekham İngiltərəyə və köhnə komandası Manchester United-ə keçmiş komanda yoldaşı və yaxın dostu Qari Nevilə həsr olunmuş oyunda iştirak etmək üçün gəlib. Amma onun meydanda azarkeşini tutması həmişəlik tarixə yazıldı. Doğrudan da Deyvid Bekhamın əlindən hər iş gəlir.

XS
SM
MD
LG