Accessibility links

Məşhurlar: Elizabet Teylor (video)


Məşhurlar: Elizabet Teylor (video)

Məşhurlar: Elizabet Teylor (video)

Hollivud özünün əfsanəvi karifeylərindən biri olan Elizabet Teyleri də itirdi.

Film sənayesində Elizabet Teylor danılmaz gözəlliyini və ehtirasını ekranlara gətirərək insanlara təsir etdi, onlara ilham verdi.

Onun Maykl Cekson kimi elitalarla dərin, etibarlı münasibətləri və dostluğu ulduzun əlaqələri və pərəstişkarları ilə dolu bir siyahının bir parçasıdır.

Məşhurlar: Elizabet Teylor (video)

Məşhurlar: Elizabet Teylor (video)

Kim Kardaşyan, Körsti Əlli və Maraya Keri hər biri Elizabet Teylorun onların karyeralarında etdiyi kömək barədə danışara Tweeter -də ona təşəkkürlərini bildirirlər, və Teylorun vəfatından cəmi bir neçə saat sonra isə minlərlə insan Tweeter Facebook-da mərhumun xatirəsinə ehtiram bildirdilər.

Hətta Teylorun evinin önü və onun Hollivud bulvarında ulduzu güllərlə bəzədildi və mətbuatla 79 illik etiraf.

Corc Maykl Tweeter-də `biz sonuncu Hollivud dahisini itirdik` yazır. Elton Con onun tək Hollivuda verdiyi töhvələr deyil, həm də inanılmaz dərəcədə gözəl ürəkli insan olduğundan bəhs edir.

Teylorun 12 yaşdan aktrisa kimi qazandığı hörmət ölçüsüzdür. O, ən yaxşı aktrisa roluna görə iki dəfə Oskar mükafatı alıb. Onlardan biri `Butterfield 8` o birisi isə `Who’s Afried of Virginia Woolf` filmləridir. Lakin onun `Cleopatra` filmində yaratdığı Kleopatra obrazı sözün əsl mənasında dünyanı silkələdi.

Ekranda bu kimi öpüş səhnələri isə əsl Hollivud nigahına gətirib çıxarır. Belə ki, aktyor Riçard Burtonla Elizabet Teylor iki dəfə evlənmişlər.

O, əldə etiyi var dövləti ilə bölüşməsi ilə də tanınınır. Səxavətli xeyriyyəçi ianələr və `Elizabeth Taylor` adına QİÇS bünövrəsi buna sübutdur.

Teylor gerçək Hollivud Kraliçasıdır. Onun cazibədar əsgi Hollivud stilindən tutmuş əfsanəvi cavahirat kolleksiyasınadək Teylorun irsi onun xatirəsini əziz tutan və onun yolu ilə gedənlərə təsir göstərməkdə davam edəcək.

XS
SM
MD
LG