Accessibility links

Məşhurlar: Emi Vaynhauz (video)


Məşhurlar: Emi Vaynhauz (video)
Məşhurlar: Emi Vaynhauz (video)

Emi Vaynhauzun Belqraddakı ifası fəlakətli idi. Daim yıxılmaq, qucaqlaşmaq və sairə. Kim bilirdi ki, bu onun sonuncu ifası olacaq. Bir ay sonra müğənni Londondakı evində ölü tapılır və müğənninin sonuncu çıxışı onun yaşadığı qarmaqarışıq həyat tərzinin rəmzi idi. Pərəstişkarları üçün o, qısa müddətdə super ulduza çevrilən talantlı müğənni idi. Başqaları üçün isə Emi hara gedirsə gedsin daim qalmaqal mərkəzində olan bir qadın idi.

Emi daim narkotika ilə mübarizə aparırdı. O, müntəzəm rehabilitasiyaya düşüb çıxırdı. Bundan başqa onun Bleyk Filder Sivillə münasibətlərindəki qalmaqal, əsasən də onunla dalaşdıqdan sonra ictimayyət qarşısına üz-gözü qan içində çıxması mətbuatda geniş yayılmışdır. Bəzən fotoqrafçılara qarşı gözlənilməz rəftarını çıx maq şərti ilə Eymi həmişə pərəstişkarlarına vaxt ayırırdı. Onun qəfil ölümü musiqi aləmi və onun dünyadakı pərəstişkarları üçün böyük itki oldu.

Emi Vaynhauz:`Rehab`

XS
SM
MD
LG