Accessibility links

Məşhurlar: Emi Vaynhauz (video)

  • Amerikanın səsi

Məşhurlar: Emi Vaynhauz (video)

Məşhurlar: Emi Vaynhauz (video)

Emi Vaynhauzun vaxtsız ölümünün səbəbi qeyri-müəyyən qalmaqda davam edir. People jurnalına istinadən işçilərinə yatmağa getdiyini dedikdən altı saat sonra o, öz yatağında tənha, ölmüş vəziyyətdə tapılır, amma ətrafında heç bir narkotik maddə aşkar edilmir. Baxmayaraq ki, Vaynhauzun narkotik maddənin dozasının çox olmasından keçindiyi barədə söz-söhbət gəzir, son tibbi yoxlamalar bunu isbat edən dəlil-sübut tapmayıb.

Emi Vaynhauz spirtli içkiyə yox, yox deyirdi və maraqlıdır ki, ailəsi məhz bunun Eminin həyatına son qoyduğunu düşünür. People jurnalı pop ulduza yaxın olanların etdikləri ehtimallara istinadən yazır ki, onun ölümü son ayda spirtli içkini tam tərgitməsi olub.

Məşhurlar: Emi Vaynhauz (video)

Məşhurlar: Emi Vaynhauz (video)

Deyilənə görə Eminin atası Miç həkimin Emiyə qəbul etdiyi zərərli maddələri dər hal yox tədricən tərgitməyi dediyini ehtiraf edib. Lakin həkimin məsləhətinə məhəl qoymayan müğənni belə deyib `Ya həmişə ya da heç vaxt`. Ehitimal edilir ki, kəskin dəyişiklik onun zəifləmiş orqanizmini şoka salıb və nəticədə Eminin vəfatına səbəb olub. Söhbət gəzir ki, onun ölümünün dəqiq səbəbi bir müddət naməlum qalacaq.

XS
SM
MD
LG