Accessibility links

Məşhurlar: Emmy (video)

  • Amerikanın səsi

Məşhurlar: Emmy (video)

Məşhurlar: Emmy (video)

“Modern Family’s” filminin ulduzu Sofia Verqara 2011-ci il Emmy mükafatlarının təqdimatı mərasimində qırmızı xalının üstü ilə üzündə böyük təbəssümlə yeriyirdi və sən demə tamamilə haqlı imiş!

Bir neçə saat sonra ABC tele-kanalında göstərilən Family’s Amerika televiziyasında komediya filmləri arasında ən yaxşı serial, ən yaxşı rejissor və ən yaxşı ssenari kateqoriyaları daxil olmaqla, 5 Emmy mükafatı aldı. Sofia Verqaranın filmdə tərəfmüqabili Culi Boven və onun filmdə həyat yoldaşı Tay Burel də ən yaxşı tərəfmüqabil roluna görə mükafatlara layiq görüldülər.

Məşhurlar: Emmy (video)

Məşhurlar: Emmy (video)

Con Hem də o gecə haqlı olaraq gülümsəyirdi. Onun çəkildiyi “Mad Men”şousu bir-birinin ardınca dörd ildir drama janrında çəkilmiş ən yaxşı film kateqoriyasında mükafat aldı. Düzdür, Hemin özü ən yaxşı aktyor kateqoriyasında mükafatı götürmədi. Mükafata “Friday Night Lights” serialında çəkilmiş Kayl Çendlerə qismət oldu. Oskar mükafatı almış aktrisa Keyt Vinslet də gecənin qalibləri arasında oldu. Aktrisa HBO kanalı ilə göstərilən “Mildred Pierce” qısa serialına görə özünün ilk Emmy mükafatını aldı.

XS
SM
MD
LG