Accessibility links

Görəsən bu həqiqi Kral ailəsidir?

Keyt, Viyam və Kraliça! Hətta kral itləri də buradadır. Evlənmək üçün nə gözəl bir gündür! Amma bir dəqiqə!

Kral toyuna axı hələ bir neçə həftə var! İnsanlar Londonda kral faytonunda kitab imzalama mərasiminə gələn Şahzadə Vilyam, Keyt Middelton və Kraliça Yelizavetanın təqlidçilərini görəndə gözlərinə inanmadılar.

Başdan ayağa toy geyimlərində olan monarx ailəsinin gəlişinin səbəbi “Keyt və Vil evlənir” adlı kitabın imzalama mərasimində iştirak etmək idi. Bütün bu oyun isə dünyada ən böyük toylardan birindən əvvəl kitabı reklam etmk üçün təşkil edilib.

Şəkil çəkdirib kral ailəsinə sadiq insanları salamlayan təqlidçilər öz rollarının öhdəsindən çox yaxşı gəl bildilər.

Əgər Keyt və Viliam toy günü bütün dünyanın gözü qarşısına çıxmağa görə narahtlıq hissi keçirirlərsə, o zaman öz yerlərinə bu peşəkar aktyorları göndərə bilərlər.

XS
SM
MD
LG