Accessibility links

Məşhurlar: Maykl Ceksonun həkimi 4 il həbs cəzasına məhkum edilib (video)

  • Amerikanın səsi

Məşhurlar: Maykl Ceksonun həkimi 4 il həbs cəzasına məhkum edilib (video)

Məşhurlar: Maykl Ceksonun həkimi 4 il həbs cəzasına məhkum edilib (video)

Maykl Ceksonun ölümünə səbəb olmaqda müqəssir tanındıqdan bir neçə həftə sonra məhkəmə həkim Konrad Murreyi dörd illik həbs cəzasına məhkum edib. Cəza Ali məhkəmənin hakimi Maykl Pastor tərəfindən müəyyən edilib və sınaq müddətinə buraxılma haqda icazənin olmasına baxmayaraq hakim vəkilin bununla bağlı xahişini rədd edib. Hakim deyib ki, həkim Murrey xəstəyə təhlükəli dərmanlar təyin etdikdən sonra onu nəinki tək buraxıb, heç təssüf hissi də ifadə etməyib və buna görə onun hələ də təhlükəli olduğunu düşünür.

Məşhurlar: Maykl Ceksonun həkimi 4 il həbs cəzasına məhkum edilib (video)

Məşhurlar: Maykl Ceksonun həkimi 4 il həbs cəzasına məhkum edilib (video)

Nəticədə ittihamçı istədiyinə nail ola bilib. Lakin Kaliforniya ştatının yeni qanununa görə həkim Murrey cəzanı Los-Anjeles ştatının həbsxanasında çəkməlidir. Maksimum cəza verməklə yanaşı ittihamçı Maykl Ceksonun uşaqlarına 100 milyon dollar məbləğində maliyyənin ödənilməsini də istəyib. Bundan başqa, ittihamçı Murreydən dəfn mərasiminə xərclənmiş 1.8 milyon dolların bir hissəsini ödəməsini də tələb edib. Murreyin vəkili isə onun bu məbləği ödəməyə imkanı olmadığı cavabını verib.

XS
SM
MD
LG