Accessibility links

Məşhurlar: Mel Gibson (video)


Məşhurlar: Mel Gibson (video)
Məşhurlar: Mel Gibson (video)

Aktyor ekranlara bir daha çıxmayacağında problem görmür

Mel Gibson Oskar mükafatı laureatıdır. `Deadline Hollywood`-a verdiyi müsahibəsində aktyor ekranlara bir daha çıxmayacağında problem görmədiyini deyib. Keçmiş sevgilisi Oksana Qriqoreva haqda çıxışları Hollivudu şoka saldıqdan sonra Gibson ilk dəfə idi ki, müsahibə verirdi. O,`Deadline`-a pərəstişkarlarının onun haqda nə düşündüklərini başa düşdüyünü və lent yazısında deyilənlərə dair təəssüf hissi keçirdiyini bildirib.

Məşhurlar: Mel Gibson (video)
Məşhurlar: Mel Gibson (video)

Lakin o eyni zamanda pərəstişkarlarına lent yazısının montaj olunduğunu və orada deyilən sözlərin qeyri-sağlam münasibətlərdən yaranan qızğın mübahisələr nəticəsində baş verdiyini deyir. Gibson israrla bildirir ki, baş verənlər onun etiqadı və reputasiyasını əks etdirmir.

Lakin siz onu yenə də ekranlarda görəcəksiniz. Bir daha filmə çəkilməyəcəyində problem görmədiyini desə də, onun artıq `Braveheart` filminin ssenari müəllifi ilə yeni layihə üzərində işlədiyi məlumdur.

XS
SM
MD
LG