Accessibility links

Meraya Kerinin əkiz uşaqları olub

Meraya Kerinin əkiz uşaqları həyat yoldaşı Nik Kennonla evliliklərinin üçüncü ildönümü günü dünyaya gəlib. Aprel ayının 30-u bir oğlan və bir qız uşagını dünyaya gətirən ulduzun nümayəndəsi Meraya Kerinin sakit olduğunu, lakin həyat yoldaşı Nikin özünü itirdiyindən doğum otağını səhv saldığını bildirib. Nik Tweeterd-ə həyat yoldaşının ona gözəl ildönümü hədiyyəsi etdiyini yazıb. Nik uşaqların doğulduqdan dərhal sonra Kerinin `we belong together` mahnısını dinlədiklərini deyib. `Always be my baby` mahnısı da yerinə düşərdi. Üç il əvvəl Bahamada evlənən cütlük sevinclərinin həddi-hüdudu olmadığını deyir.

İndi dünya əkizlərin ilk şəkillərini gözləyir.

Meraya Kerinin`Always be my baby`klipi:

XS
SM
MD
LG