Accessibility links

Məşhurlar: Moda Polisinin gözü ilə (video)


Məşhurlar: Moda Polisinin gözü ilə (video)
Məşhurlar: Moda Polisinin gözü ilə (video)

Hollivudun ən pis geyinən ulduzları Moda Polisinin gözü ilə.

Bəzi Hollivud ulduzlarının geyimləri göz oxşayır. Bəzi ulduzlar isə tamami ilə zövqsüz geyinirlər. Həftənin ən pis geyinən məşhurlarını sizə təqdim edirəm.

Beşinci yerdə 3D Glee Concert mərasimin iştirakçısı Dayana Aqro maraqlı geyimi ilə gəlir. Onun ansamblı konsert mərasimə heç yaraşmır. Səliqəsiz saç düzümü və qəribə geyimdə o faktiki olaraq tanınmaz bir haldadır!

Məşhurlar: Moda Polisinin gözü ilə (video)
Məşhurlar: Moda Polisinin gözü ilə (video)

Ondan sonra gələn Niki Minaj səksəninci illərin konki sürən qızları kimi geyinərək ekrana çıxıb. Başında sarısaç parik, əynində çəhrayı geyim, üstəlik də çətirə bənzər yub. Çox maraqlı görünür!

Üçüncü yerdə Brays Dallas Hovard gəlir. Adam gərək valideyinlərinin yanında abırlı geyinsin. Amma daha belə də yox. Atası rejissor Ron Hovardın yanında dayanana bu qız bleyzerin altından elə bil döşəkağı geyinib.

Ikinci yeri “Slumdog Millionaire” filmindən tanıdığımız Frida Pino tutur. Onun qara və göy rəngli geyimi çox zövqsüzdür.

Nəhayət birinci yerdə Rihanadır! Köynəkdə küçəyə çıxan müğənninin elə bil şalvar geymək yadından çıxıb.

Görəsən bu ulduzlar nə fikirləşir?

Rihananın`Take A Bow`klipi:

XS
SM
MD
LG