Accessibility links

Nikolas Keyc həbsə alınmadı

Deyəsən Nikolas Keycin qollarına gerçək həyatda qandal vurulması təhlükəsi aradan qalxıb. Bu cür hadisələr onun başına ancaq filmlərdə gələcək. People.com-a istinadən Luiziyana ştatının Yeni Orleans şəhərinin Mahal Prokurorluğu Keyci ehtimal edilən əmin-amanlığı pozduğuna və həyat yoldaşını təhqir etdiyinə görə ittiham etməyəcək. Keyc bu yaxınlarda içkili vəziyyətdə tatu salonunda mübahisə etdiyinə görə, bundan başqa məişət zəminində mübahisə və uşaq təhqir etmə təhqiqatları da daxil olan səbəblər üzündən həbsə alınıb. Lakin Mahal Prokurorluğu əldə olunan məlumata görə Keycə qarşı irəli sürülən ittihamları ləğv edib və məsələni bağlı elan edib.

XS
SM
MD
LG