Accessibility links

Yeni Hollivud Filmləri: Source Code (VİDEO)


Yeni Hollivud Filmləri: Source Code (VİDEO)
Yeni Hollivud Filmləri: Source Code (VİDEO)

Kolter başqa bir insanın həyatının son 8 dəyqəsini yaşamaq üçün həyata qaytarılıb

Kapitan Kolter yuxudan ayılır və üzbəüz oturacaqdakı gənc qadın ona Şan deyə müraciət edir. Çaşqın halda o, qatarın ayaq yolunda güzgüyə baxıb orada başqa insanın əksini görür. Bir an sonra qatar partlayır və bütün sərnişinlər həlak olur, Kolterdən başqa. O, qaranlıq bir otaqda özünə gələndə kompyuter ekranında onu hərbi hava qüvvələrinin kapitanı Kolin Qudvin və həkim Rutlek salamlayır. SOURCE CODE filminin orijinal səhifəsiə

Onlar Kolterin hər hansı bir insanını həyatının son 8 dəqiqəsini yaşamağa imkan verən Source Code sisteminə yerləşdirildiyini deyir. Kolter qatarda partlayışdan əvvəl son anları yenidən yaşamaq üçün geri qaytarılır. O, bombanı qatarın ayaqyolunda ventilyasiya sistemində aşkar edir. Bir an sonra isə mobil telefon vasitəsi ilə idarə olunan bomba yenidən partlayır. Kolberə deyilib ki, o keçmişə qayıdaraq baş verən hadisəni araşdıra bilər, lakin hadisə zamanı həlak olan Kristinanın nə də başqa sərnişinlərin həyatını xilas edə bilməz. O, bir neçə dəfə həmin ana qayıdaraq nəhayət cinayəti törədən şəxsi aşkar edir və növbəti partlayışdan öncə onun ələ keçirilməsinə nail olaraq, Çikaqo şəhərini gələcəkdə baş verə biləcək hadisələrdən qurtarır.

Yeni Hollivud Filmləri: Source Code (VİDEO)
Yeni Hollivud Filmləri: Source Code (VİDEO)

Lakin Kolberin şəxsi məqsədi Kristinanı və sərnişinləri xilas etmək idi.

Rejissor Danken Conun Ben Riplinin yazdığı ssenariyə əsasən çəkdiyi film elmi-fantastik triller janrındadır. Baş rollarda Cək Gielnhal, Mişel Monehen, Vera Farmiqa və Cefri Rayt çəkiliblər.

XS
SM
MD
LG