Accessibility links

Məşhurlar: Robert Patinson


Robert Patinson “Alaqaranlıq” kino-filminin yeni seriyası çəkilsə filmdə böyük məmnuniyyətlə iştirak edəcəyini deyib.

Londonda doğulmuş musiqiçi, model və aktyor Robert Patinson 12 yaşında model karyerasına başlayıb. Lakin bir qədər sonra bu fəalliyyəti atıb və 15 yaşında filmlərdə çəkilməyə başlayıb. “Rotten Tomatoes” saytına istinadən Patinsonu o zaman maraqlandıran gözəl qızlar olub.

Aktyor bu yaxınlarda “Kosmopolis” adlı yeni filminin Berlində keçirilən premyerasında iştirak edib. Şəkil çəkdirib avtoqraf imzalayan Patinsonun yaxşı vaxt keçirdiyi tamamilə aydrındır. O bunu “Kosmopolis” filmi haqda danışanda özü də etiraf edib. Amma bir sual qalır. Görəsən “Alaqaranlıq” filminin yeni seriyası çəkiləcəkmi?

XS
SM
MD
LG