Accessibility links

Məşhurlar: Shahzadə Vilyamın toy mərasiminə gələn qonaqların geyimləri (video)


Məşhurlar: Shahzadə Vilyamın toy mərasiminə gələn qonaqların geyimləri (video)

Məşhurlar: Shahzadə Vilyamın toy mərasiminə gələn qonaqların geyimləri (video)

Fərqli rənglərdə və dizaynlarda qadın şlyapaları mərasimə xüsusi gözəllik verirdi

Krallıq toy mərasiminin qonaqlarının geyimləri ilə tanış olaq.

Pippa Midlton bacısı Keyt kimi Aleksandr Makkuinin kolleksiyasından geyinərək bacısı Keytin ardınca gedir. Uzun quyruqlu, açıq sinəli satin geyimdə onun incə bədəni füsünkar görünür. Bu geyim Kameron Diazın 2010-cu ildə Qızıl Qlobus mərasiminə geyindiyi Aleksandr Makkuinin kolleksiyasından olan qırmızı geyimə bənzəyir.

Məşhurlar: Shahzadə Vilyamın toy mərasiminə gələn qonaqların geyimləri (video)

Məşhurlar: Shahzadə Vilyamın toy mərasiminə gələn qonaqların geyimləri (video)

Pippanın arxasınca əllərində gül yürüyən kiçik qızlar açıq rəngdə don geyiniblər. Kraliça Yelizaveta ikinci uzun müddət dizayneri olmuş Ancela Kelinin hazırladığı günəş tək füsünkar sarı rəngdə don və şlapa geyinib. Gəlinin anası Karol Midelton isə Britaniyalı dizayner Ceyn Korbet tərəfindən dizayn edilmiş yun parçadan mavi rəngdə kostyum geyinib.

Məşhurlar: Shahzadə Vilyamın toy mərasiminə gələn qonaqların geyimləri (video)

Məşhurlar: Shahzadə Vilyamın toy mərasiminə gələn qonaqların geyimləri (video)

Bir şeyi əminliklə demək olar ki, fərqli rənglərdə və dizaynlarda qadın şlyapaları mərasimə xüsusi gözəllik verirdi. İrlanda dizayneri Filip Treysi kral toyunun iştirakçılarının əksəriyyətinin şlyapalarını dizayn edib.

36 şlapa dizayn növünə şahzadə Çarlizin həyat yoldaşı, Kornvalın Hersaqinyası Kamilla, Ferqinin qızları şahzadə Beatrisa ilə şahzadə Yucini, və Hollivud modeli Viktoria Bekemin geyindikləri şlyapalar daxildir.

Məşhurlar: Shahzadə Vilyamın toy mərasiminə gələn qonaqların geyimləri (video)

Məşhurlar: Shahzadə Vilyamın toy mərasiminə gələn qonaqların geyimləri (video)

Bekamlar ailəsindən söz düşmüşkən hamiləliyini gizlətmək üçün Viktoriya Bekam kolleksiyasından gecəyarısı kimi tünt göy don geyinib. Deyvid Bekam isə Ralf Loransın dizayn etdiyi şlyapası və frakı ilə çox səliqəli görünürdü.

Hər şey olduqca gözəl keçdi. Bu mərasim tarixə həmişəlik yazılacaq.

XS
SM
MD
LG