Accessibility links

Yeni Hollivud Filmləri: Super 8 (video)


Yeni Hollivud Filmləri: Super 8 (video)

Yeni Hollivud Filmləri: Super 8 (video)

1979-cu ildə Ohayo şəhərində bir qrup yeniyetmə 8 millimetrlik super kamera ilə film çəkən zaman fəlakətli qatar qəzasının şahidi olur. Onlar qəzanın təsadüfən baş vermədiyinə inanır. Az sonra isə şəhərdə insanlar müəmmalı şəkildə yoxa çıxmağa başlayır və izahedilməz, qəribə hadisələr baş verir. Yerli rəsmi hadisələrin əsl səbəblərini tapmağa çalışır. Lakin həqiqətlər hamının təsəvvür etdiyindən daha dəhşətlidir. Məlum olur ki, Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri 51-ci Ərazi kimi tanınan hərbi bazanın bir hissəsini bağlı elan edərək, köhnəlmiş materialları qatarla Ohayoda gizli, lakin təhlükəsiz yerə köçürür. Hər şey buradan başlayır. Wikipedia saytına istinadən tənqidçilərin 83% filmə müsbət rəy verib. Filmin rejissoru Abrams, prodüseri isə Stiven Spilberqdir. Baş rollarda Kayl Çandler, Eli Faninq, Coil Kortni, Qabriel Basso və Noa Emmeriç çəkiliblər.

XS
SM
MD
LG