Accessibility links

Ulduzlar Valentin gününü necə qeyd edir? (video)


Ulduzlar Valentin gününü necə qeyd edir? (video)
Ulduzlar Valentin gününü necə qeyd edir? (video)

Valentin gününə az qalmış Holivudda o qədər məşhur boşanıb ki, adama elə gəlir ki, Hollivudda məhəbbət böhranı yaşanır. Aktrisa Heidi Klumla müğənni və bəstəkar Sielin boşandıqları haqda xəbər çox təəccüblüdür. Onlar Hollivudda ən xoşbəxt cütlük sayılırdı.

Amma bəzi məşhur cütlər var ki, bu ilki Valentin gününə qədər sevgilərini qoruyub saxlaya biliblər.

Məsələn, futbolçu Deyvid Bekamla onun həyat yoldaşı model Viktoriya söz-söhbətlərə və gərgin iş rejiminə baxmayaraq birgə olmaqda davam edir. Gəlin etiraf edək ki, onlarsız idman aləmi və podium maraqsız olardı. On iki illik evlilik, ardınca da dörd gözəl uşaq - Deyvidlə Viktoriya istəklərinə çatıblar.

Müğənni Beyonse ilə onun yoldaşı rep ulduzu Jey-Z şoubiz aləmində ən zəngin cütlükdür və “Blue İvy” adlı uşaqlarının gəlişi onları daha da zəngin edib.

Ulduzlar Valentin gününü necə qeyd edir? (video)
Ulduzlar Valentin gününü necə qeyd edir? (video)

Ancelina Coli və Bred Pit. Heç vaxt düşünməzdik ki, bu cütlük sonda dünyanı dolaşaraq övladlığa xarici uşaq götürəcək və biri-birini sevməkdə davam edəcəklər. Onların arasında münasibətlər 2005-ci ildə “Mr. and Mrs. Smith” filminə çəkilişlər zamanı başladı. Bred Pit o zaman Cenifer Anistonla hələ evli olduğundan ilk öncə münasibətlərini gizli saxladı. Amma az qala yeddi il evlilikdən sonra deyəsən Bredlə Coli biri-birini həmişə olduğundan daha çox sevir.

Gördüyünüz kimi, şoubiz aləmində hər şey elə də pis deyil.

XS
SM
MD
LG