Accessibility links

Mişel Obama deyir ki, Nigeriyada məktəbli qızların oğurlanması "gəncqızların həyat eşqini öldürməyə çalışan yetkinlik yaşına çatmış kişilər tərəfindən həyata keçirilən qəbuledilməz addımdır."

ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı Amerikada Analar Günü öncəsi prezidentin əvəzindən həftəlik müraciət ünvanlayıb. O deyib ki, özü və həyat yoldaşı qızların oğurlanmasından şoka düşüblər.

Birinci xanım deyib ki, onlar bu qızlara baxanda öz qızları gözlərinin qarşısına gəlir. Xatırladaq ki, prezidentin qızı Malianın 15, Saşanın isə 12 yaşı var.

Nigeriyada oğurlanan qızları hökumətin bir aya yaxındır xilas edə bilməməsi dünyada etirazlara səbəb olub. ABŞ və başqa ölkələr Nigeriya hökumətinə kömək məqsədi ilə bu ölkəyə texniki mütəxəssis komandası göndərib.

Boko Haram qruplaşmasının liderləri bildirib ki, onlar qızları satmaq məqsədilə oğurlayıb.
XS
SM
MD
LG