Accessibility links

ABŞ birinci xanımı Mişel Obamanın Çinə bir həftəlik səfəri başa çatıb. Səfərin sonuncu günü o, pandaları tədqiq edən mərkəz və Tibet restoranında olub.

Mişel Obama Çenqduda çay evini ziyarət edərkən üzərində dua yazılmış 11 metal lövhəyə toxunub.

Mişel Obama, onun anası və Obamaların iki qızını çay evində tələbləər qarşılayıb və onlara Tibet adətinə uyğun olaraq ağ şal bağışlayıblar.

Çini tərk etməzdən əvvəl onlar həmçinin Çenqduda Panda Mərkəzində olublar.

Tibetdə insan hüquqları məsələsi Çin və ABŞ hökumətləri arasında həssas məsələlərdən biridir.

ABŞ prezidenti Barak Obama keçən ay Pekinin etirazlarına baxmayaraq, Tibetin dini lideri Dalay Lama ilə görüşüb. Rəsmi Pekin onu separatçı adlandırır.
XS
SM
MD
LG