Accessibility links

Castin Biber 2500 dollar cərimə ödədikdən sonra azadlığa buraxılıb



Bu yaxınlarda həbs edilən Castin Biber Mayamidə həbs zamanı içkili olduğunu və marixuana çəkdiyini etiraf edib.

Mayami çimərliyində polis tərəfindən saxlanılaraq həbs edilən Castin Biber narkotik maddədən istifadə və avtomobil xuliqanlığında ittiham olunur.

Dünən müğənni qırmızı köynəkdə Mayami məhkəməsi qarşısına çıxarılıb.

Polis Castini saxladığı zaman onun polisə qarşı təhqiramiz ifadələr işlətdiyini deyib.

Məhkəmə Biberi polis zabitinə müqavimət göstərdiyinə görə 1000 dollar, içkili və nəşəli vəziyyətdə avtomobil idarə etdiyinə görə 1000 dollar, vaxtı keçmiş sürücü vəsiqəsi ilə avtomobil idarə etdiyinə görə isə 500 dollar cərimə edib. Bəli, cəmi 2500 dollar cərimə.

Bundan bir qədər əvvəl polis Castin Biberin evində yumurta atma hadisəsi ilə bağlı axtarış apardıqdan sonra daha çox dəlillər meydana çıxıb.

Əvvəla bildirək ki, məlumata görə müğənninin Kalabasasdakı imarəti narkotik maddələrlə doludur.

Orada hətta narkotik maddədən istifadə üçün xüsusi otaq da yaradılıb. Məhz narkotikaya qurşanmasına görə müğənninin yaxınları onun reabilitasiya mərkəzinə getməsini istəyirmiş. Və deyilənə görə Biber içkiyə qatılmış narkotik maddələrdən istifadəyə üstünlük verir.

Yəqin ki, bu yaxınlarda Mayamiyə səfəri zamanı King of Diamonds strip klubunda 75 min dollar xərcləməsinə də elə içkiyə sevgi səbəb olub.

Bu az imiş kimi, Radaronline-a istinadən Biber bu yaxınlarda keçmiş sevgilisi Selena Qomezə əxlaqsız, kobud ifadələr yazılmış mesajlar göndərib.

Radaronline-a əsasən mesajda Selenanın istedadı təhqir edilir. Bundan başqa mesajda bir neçə çılpaq şəkil də var.

Hal-hazırda Castin Biber azadlığa buraxılıb.
XS
SM
MD
LG