Accessibility links

Maykl Çeçire: ABŞ müttəfiqi təkcə geosiyasi deyil, həm də demokratik olmalıdır


Maykl Çeçire: ABŞ müttəfiqi təkcə geosiyasi deyil, həm də demokratik olmalıdır
please wait

No media source currently available

0:00 0:05:32 0:00
Vaşinqtonda qərargahlanan Xarici Siyasət Araşdırma İnstitutunun Türkiyə və Cənubi Qafqaz üzrə eksperti bu günlərdə regiona səfərdən qayıdıb. Amerikanın Səsinə müsahibəsində Maykl Çeçire Azərbaycanda demokratiyanın durumundan və mövcud vəziyyətin Azərbaycanın Qərblə münasibətlərinə təsirindən söz açıb.

Amerikanın Səsi: NİDA fəallarına oxunan hökmlər və jurnalist həbsləri göstərir ki, Azərbaycanda sivil cəmiyyətə basqılar şiddətlənib. Sizin fikrinizcə, basqıların motivləri nədir? Hökumət nəyə nail olmağa can atır?

Maykl Çeçire: Biz Azərbaycanda periodik olaraq repressiya dalğalarının, dissidentləri susdurmaq cəhdlərinin şahidi oluruq. Biz hazırda belə bir dalğanın içərisindəyik. Təsadüfi deyil ki, baş verənlər regionda, ələlxüsus Ukraynada cərəyan edən gərginliklərlə eyni vaxtda müşahidə olunur. Qərbdə belə bir gözlənti var idi ki, Rusiyanın təcavüzündən sonra Azərbaycan hökuməti öz davranışında mülayimləşəcək. Amma Azərbaycanda bunun əksi baş verir. Azərbaycan rəsmiləri güman edirlər ki, onlar belə davrana bilərlər, çünki indi onların daha çox manevr imkanları var və hesab edirlər ki, onlar Qərbə daha çox lazımdır, nəinki əksinə.

Amerikanın Səsi: Freedom House bu yaxınlarda dünya boyu mətbuat azadlıqlarının durumuna dair illik hesabatını açıqlayıb. Bu hesabatda Azərbaycan sondan 12-ci yerdə qərar yutub. Sizcə bu dəyərləndirmə ədalətlidirmi? Freedom House-un Azərbaycana verdiyi qiymət reallıqları əks etdirirmi?

Maykl Çeçire: Belə hesab edirəm ki, tutduğu yer Azərbaycanda müəyyən reallıqları əks etdirir. Bütün çətinlikləri və baş verənləri nəzərə alsaq belə Azərbaycan Şimali Koreya yaxud Türkmənistan kimi totalitar ölkə deyil. Amma Azərbaycan hibrid rejim də deyil. O, tam şəkildə avtokratik bir ölkədir və avtoritarizm yolunda irəliləyir. Yəni, burada hər şey dövlətin tam nəzarətində deyil. Amma mövcud repressiyaları və basqıları nəzərə alsaq, deyərdim ki, ölkə hesabatın aşağı pillələrində yer alan ölkələrlə bir çox cəhətləri paylaşır.

Amerikanın Səsi: Qərbin əlində Azərbaycanı daha çox demokratikləşməyə yönəltmək üçün hansı vasitələr var? Sivil cəmiyyətin və azad mətbuatın qorunması istiqamətində nə kimi ölçülər götürülə bilər?

Maykl Çeçire: ABŞ-ın əlində bir çox vasitələr mövcuddur. Onlardan birini biz bu yaxınlarda gördük. Səfir Ceyms Uorlik ATƏT-in Minsk Qrupunun həmsədri qismində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış etdi. ABŞ Azərbaycanın ərazi bötüvlüyünü dəstəkləməklə mühüm oynayır. Əgər rəsmi Bakı bu dəstəyi saxlamaqda maraqlıdırsa onda ikinci cığır - xalq diplomatiyası və insan haqları-demokratizasiya istiqamətində addmlar atılmalıdır. Məsələ burasındadır ki, Azərbaycan indi o istiqamətdə addımlar atmır. Əgər Azərbaycan Qarabağ və enerji təchizatçısına çevrilmək amacında Qərbin dəstəyinə arxalanırsa, onda bu məsələdə konstruktiv mövqe sərgiləməlidir. Odur ki, bəli, Qərbin əlində güman edildiyindən daha çox təzyiq vasitələri var. Və bunun başa düşüldüyünə dair artıq müəyyən işartılar gözə dəyməkdədir.

Amerikanın Səsi: Azərbaycan kimi varlı ölkələrin hakimiyyətləri öz maraqlarını təşviq etmək üçün Qərb paytaxtlarında PR firmaları, beyin mərkəzləri və reional ekspertlərə kifayət qədər maliyyə vəsaiti sərf edirlər. Bu növ təsir mexanizminin qarşısı necə alına bilər?

Maykl Çeçire: Bu, hazırda ikili problemdir. Biri pulu mənbəyi məsələsidir. Bir çox hibrid rejimlər ABŞ-a çoxlu pulla gəlir və bununla özlərinə həm informasiya həm də siyasi baxımdan auditoriya qazanırlar. Pul axınının qarşısını almaq çox çətindir, çünki bu məsələ söz azadlıqları qanunları çərçivəsində tənzimlənir. Ola bilsin Azərbaycan müxalifəti diqqəti daxildəki mübarizədən bu istiqamətə yönəldə bilsə, Qərbin diqqətini spesifik insan haqları pozutunutusna çəksə, bu, effektiv olar. Amma Vaşinqtonda belə bir düşüncə var ki, öz maraqlarını təşviq edən ölkə təkcə geosiyasi yox, həm də demokratik müttəfiq olmalıdır. Ölkənin beynəlxalq miqyasda geosiyasi maraqlarını dəstəkləmək üçün Vaşinqton onun daxili siyasi sisteminə göz yummaq məcburiyyəti qarşısında qalmamalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG