Accessibility links

Mişel Obamadan sürpriz rəqs


ABŞ-ın birinci xanımı Mişel Obama cümə günü NBC televiziyasının axşam şousuna dəvət edilib. Tanınmış şou aparıcıs Cimmi Fallonla söhbət zamanı o, gələcək karyerasından söz açıb.

Zarafatla dolu söhbətdə Cimmi Fallon xanım Obamadan 2016-cı ildə Hillari Klintonla birlikdə prezident seçkisinə qatılıb-qatılmayacağını soruşub. Bunun cavabında xanım Obama daha bir məşhur tok-şou ustası Cey Lenonun axşam proqramında vakant yeri tutmaq istədiyini deyib. Cimmi Fallon özü də Cey Lenonun yerini tutmaq arzusunda olduğunu, lakin Mişel Obama ilə rəqabət aparmaq istəmədiyini deyib.

Amma şounun ən maraqlı hissəsi Mişel Obamanın qadın geyimi geyinən Cimmi Fallonla birgə rəqsi olub.





Mişel Obama gecə şousunda uşaqlarda köklük probleminin aradan qaldırılması üçün artıq üçüncü ildir apardığı kampaniyaya diqqət çəkmək məqsədilə iştirak edib. Keçən həftə xanım Obama kampaniya haqda daha bir neçə televiziya proqramında söz açıb. Bu həftə birinci xanım Mişel Obama ölkə miqyasında köklük probleminə diqqət çəkmək məqsədilə kampaniyanı ABŞ-ın bir sıra stat və şəhərlərində aparacaq.
XS
SM
MD
LG