Accessibility links

Miçiqan baş prokuroru yenidən hesablanmanın qarşısını almağa çalışır


ABŞ-ın Miçiqan ştatının baş prokuroru yerli Ali Məhkəmədən ştatda prezident seçkilərinin nəticələrinin mümkün yenidən hesablanmasına qadağa qoymağı xahiş edib. Miçiqanda qələbəni onun partiyadaşı Respublikaçı Donald Tramp əldə etmişdi.

Trampın kampaniyası kimi baş prokuror Bill Şuet də iddia edir ki, yenidən hesablanması istəyən Yaşıllar Partiyasının namizədi Cill Steyn bunu tələb edə bilməz, çünki o, bunun üçün yetərli səs toplamayıb. Xanım Steyn Miçiqan seçicilərinin 1 faizinin səsini əldə edib.

Tramp kampaniyası ştatdakı 4.8 milyon bülletenin bir-bir əl ilə hesablanmasına qadağa qoyulmasını xahiş edib. Tramp demokrat rəqibi Hillari Klintonu Miçiqanda cəmi 10700 səs fərqi ilə üstələyib.

Yenidən hesablanmasına baxış bu gün təxirə salınıb. Buna səbəb isə ştatın seçki komissiyasının Trampın tələbinə dair iclas keçirməsi olub. Tramp kampaniyası ştatdakı 4.8 milyon bülletenin bir-bir əl ilə hesablanmasına qadağa qoyulmasını xahiş edib. Tramp demokrat rəqibi Hillari Klintonu Miçiqanda cəmi 10700 səs fərqi ilə üstələyib.

Viskonsin ştatında isə artıq səslərin yenidən hesablanmasına başlayıb. Steyn habelə Pensilvaniya ştatında da səslərin yenidən hesablanmasına çalışır.

Xanım Steynin seçki kampaniyasının veb səhifəsində yerləşdirilən məqalədə deyilir ki, Viskonsində istifadə edilən səsvermə aparatları "hak edilməyə və viruslu proqramların ötürülməsinə" açıqdır. Orada bu aparatların təhlükəsizlik funksiyalarının az olduğu bildirilir.

Ştat dekabrın 13-dən səslərin yenidən hesablanmasını başa çatdırmalıdır.

Steyn habelə yazıb ki, Viskonsin, Miçiqan və Pensilvaniyada səslərin yenidən hesablanmasına dəstək üçün tərəfdarlar 5 milyon dollar toplayıb. Onun sözlərinə görə, bu üç ştatda səslərin yenidən hesablanması prosesini həyata keçirmək üçün 7 milyon dollara ehtiyac var.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG