Accessibility links

Miçiqan ştatında atışmada altı nəfər həyatını itirib


Kalamazu şəhəri polis idarəsi atışmada şübhəli bilinən Ceyson Daltonun fotosunu açıqlayıb

Kalamazu şəhəri polis idarəsi atışmada şübhəli bilinən Ceyson Daltonun fotosunu açıqlayıb

Rəsmilər ABŞ-ın şimalında Miçiqan ştatında altı nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnmiş atışmada şübhəli bilinən şəxsin həbs edildiyini bildirib.

Atışma şənbə günü axşam Kalamazu şəhərində baş verib.

Polis 45 yaşlı Ceyson Daltonu atışma ilə əlaqədar bazar günü həbs edib. Polis onun əvvəllər cinayət törətmədiyini bildirib.

Rəsmilərin bildirdiyinə görə, atışma əvvəlcə mənzil kompleksində baş verib, hadisə nəticəsində bir qadın ağır yaralanıb. Daha sonra silahlı şəxs avtomobil diler şirkətində ata və oğulu güllə ilə vurub öldürüb.

Bundan bir neçə dəqiqə sonda isə şəhərin restoranlarındna birində beş nəfər güllələnib. Restoranda vurulan 14 yaşlı bir qızın əvvəlcə öldüyü bildirilib, lakin sonradan onun ağır yaralanaraq, xəstəxanaya aparıldığı haqda məlumat verilib.

Hələlik atışmanın motivləri ilə bağlı məlumat verilməyib.

XS
SM
MD
LG