Accessibility links

Microsoft şirkətinin rəhbərliyində dəyişikliklər edilib


Satya Nadella

Satya Nadella


Microsoft Hindistanda anadan olmuş amerikalı Satya Nadellanın şirkətin yeni icraçı direktoru təyin edildiyini bildirib.

Satya Nadella Microsoft-un təsisçisi Bil Geyts və bu il avqust ayında təqaüdə çıxacağını elan etmiş Stiv Ballmerdən sonra şirkətin tarixində onun üçüncü lideridir.

Yeni icraçı direktoru internet xidmətləri və softveyrlərin çatıdırılması işinə rəhbərlik edəcək.

Microsfot həmçinin Bill Geytsin şirkətin sədrliyindən çıxaraq, texnoloji məsələlər üzrə müşavir finksiyasını yerinə yetirəcəyini elan edib. Şirkətin yeni sədri Con Tompson olacaq.

Satya Nadella Hindistanda Heydərabadda anadan olub. Amerikaya köçəndən sonra o, Viskonsin universiteində kompyuter elmləri üzrə dərəcə və Çikaqo universitetində biznes idarəçiliyi sahəsində magistr dərəcəsi alıb.
XS
SM
MD
LG