Accessibility links

Ərəb Lİqasının baş katibi Qəzzaya səfər edib


Amr Musa 2007-ci ildə islamçı militant qrup Həmasın Qəzzada nəzarəti əlinə almasından sonra buraya səfər edən ən yüksək səviyyəli ərəb rəsmisidir

Ərəb dünyasının yüksək səviyyəli diplomatı bu gün Qəzza zolağına səfər edib. Ərəb Liqasının Baş katibi Amr Musa Misirlə Rəfah şəhərinin sərhəddində Həmas və Fələstinlilərin bir sıra qruplarının rəsmiləri tərəfindən qarşılanıb.

22 üzvü olan Ərəb Liqası bildirir ki, İsrailin Qəzza zolağını blokada etməsinə son qoyulmalıdır. Amr Musa bir günlük səfəri zamanı Həmasın lideri İsmayıl Həniyə ilə onun evində danışıqlar aparmalıdır. Onun həmçinin İsrailin Qəzzada müharibəsi zamanı yaxınlarını itirmiş fələstin ailələrilə görüşəcəyi gözlənilir.

2008-ci ilin dekabrında İsrailin Qəzzada 3 həftə apardığı müharibə zamanı 1300 fələstinli və 13 israilli həlak olmuşdur.

Amr Musa 2007-ci ildə islamçı militant qrup Həmasın Qəzzada nəzarəti əlinə almasından sonra buraya səfər edən ən yüksək səviyyəli ərəb rəsmisidir.

XS
SM
MD
LG