Accessibility links

Türkiyənin Kürd Fəhlə Partiyasının (PKK) yaraqlıları çərşənbə günü ölkənin cənub şərqindəki Mardin əyalətində polis bölməsinə qarşı keçirilən və altı nəfərin ölümünə səbəb olan bömba hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

“Faşist dövlət qüvvələrinin Mardinin Midyat şəhərindəki polis bölməsinə qarşı böyük intiharçı hücum həyəta keçirilib” - deyə PKK-nın vebsaytında yerləşdirilən bəyanatda bildirilir.

Kürdlərin əksəriyyət təşkil etdiyi Midyat şəhərindəki hücum nəticəsində azı 30 nəfər yaralanıb.

PKK bir il öncə atəşkəs razılığının pozulmasından sonra Türkiyəninin cənub-şərqində muxtariyyət qurmaq uğrundakı mübarizəsində polis və ordunu hədəf almağa davam edir.

PKK-nın qolu olan Kürdistan Azadlıq Qırğıları (TAK) isə çərşənbə axşamı İstanbulda baş verən intiharçı bomba hücumuna görə məsuliyyəti öz üzərinə götürüb. İstanbulun mərkəzində səhər saatlarında nəqliyyatın ən qızğın vaxtında polis avtobusu yanında maşın bombasının partlaması nəticəsində 11 nəfər ölüb.

Bəyanatda TAK-ın bomba hücumunun Türkiyənin artıq turistlər üçün təhlükəsiz olmadığını göstərmək məqsədi daşıdığı deyilir.

“Biz Türkiyədə olan və ya bura gəlmək istəyən xarici turistlərə bir daha xəbərdarlıq edirik: bizim hədəfimiz xaricilər deyil, amma Türkiyə artıq onlar üçün təhlükəsiz bir ölkə deyil” - deyə bəyanatda bildirilir.

Türkiyə ordusunun verdiyi məlumata görə, kürd üsyançılarla mübarizədə təxminən 500 Türkiyə təhlükəsizlik işçisi həlak olub. Ordu həmçinin Türkiyə və şimali İraqda 4 900 PKK yaraqlısını öldürdüyünü iddia edir.

XS
SM
MD
LG