Accessibility links

Miqrantların təhlükəli səfəri


BMT-nin Qaçqınlar Agentliyinin bildirdiyinə görə, Aralıq dənizi vasitəsi ilə Avropaya üz tutan miqrantlar arasında ölənlərin sayı artıb.

Təkcə sonuncu faciə 12 insanın həyatına son qoyub. Onlar Liviyadan yola düşən qayığın aşması nəticəsində boğulub.Ölənlər arasında iki usağı ilə bərabər suriyalı qadın, qalanları isə Afrika ölkələrinin vətəndaşlarıdır.

200 nəfərlik qayıqda daha artıq insanın olduğu təxmin edilir. Qəzada həlak olan və sağ qaldığı ehtimal edilən insanların axtarışı davam etdirilir.

BMT-nin Qaçqınlar Agentliyi bu il 500-dən artıq insanın dənizi keçərkən həyatını itirdiyini bildirir. 217 nəfərin Liviya, 288-nin isə İtaliya, Türkiyə və Yunanıstan sahilləri yaxınlığında boğulduğu bildirilir.

İtaliya rəsmiləri ilin əvvəlindən 64 min miqrantın ölkəyə daxil olduğunu deyir. İtaliya Avropa ölkələrindən problemin həllinə yardım göstərilməsini istəyib.

Qaçqınlar Agentliyi eyni zamanda Tripoli və Benqazidə 37 min, İraq və Somalidən çoxsaylı insanın sığınacaq gözlədiyini deyir. Lakin müharibələr, işsizlik və yoxsulluqdan daha tez xilas olmaq istəyənlər həyatlarını riskə atır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG